AZ

“Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki…”

“Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə Sizinlə danışanda çox şey öyrənirəm, bir çox məsələləri təcrübəli dövlət xadimi, həqiqi liderin fərqli baxış bucağından müşahidə etməyə müvəffəq oluram”.

KONKRET.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksand Vuçiç azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuata bəyanatları zamanı deyib.

O buna görə Azərbaycan liderinə təşəkkür edib:

“Hər zaman öz biliyinizi mənimlə paylaşdığınıza, mənim ölkəmin, rəhbərlik etdiyim ölkənin çox yaxşı mətləblər öyrənməli olduğu bizimlə belə əlaqələr qurduğunuza görə Sizə təşəkkür edirəm.

Bu gün Prezident Əliyevlə dünyadakı və Avropadakı bütün mühüm məsələlərlə bağlı danışdım. Biz bir-birimizlə məsləhətləşdik, mən ondan öyrəndim. Bəzi prosesləri özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim. Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq”.

Seçilən
36
3
konkret.az

4Mənbələr