AZ

ABŞ daha bir hərbi bazanı Suriya ordusuna təhvil verdi...



Suriya ordusu Haseke əyalətinin Şəddadi kənd ərazisindəki Şəddadi Hərbi Hava Bazasını ABŞ-dan təhvil alıb.

Suriya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, ABŞ tərəfi ilə koordinasiya şəraitində Suriya qüvvələri Haseke rayonundakı Şəddadi bazasında yerləşiblər.

Suriya ordusu ölkənin şimal-şərqində keçirdiyi əməliyyatlarla böyük bir ərazini YPG terror təşkilatından azad etmişdi. ABŞ-ın strateji əhəmiyyətli hesab etdiyi Şəddadi hava bazası da hökumət qüvvələri tərəfindən Haseke kəndində YPG-dən azad edilən ərazilər arasında idi.

Xatırladaq ki, bir neçə gün bundan qabaq Suriya hökuməti ölkənin cənubundakı mühüm Tanf hərbi bazasını da ABŞ-dən təhvil alıb.

TAHİR

Seçilən
25
baki-xeber.com

1Mənbələr