AZ

“Sabah”nın yola saldığı keçmiş “Neftçi”li I Liqaya üz tutdu

“Təmizləmə” prosesini davam etdirən “Sabah” daha iki futbolçu ilə yollarını ayırıb.

Anatoli Nuriyevlə əl sıxan “tələbələr” əsas komandada möhkəmlənməkdə çətinlik çəkən Camal Cəfərovla Rüstəm Samiqullinə daha çox oynamaq şansı yaradıb.

Bu səbəbdən hər ikisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Samiqullin karyerasını I Liqada davam etdirəcək.

Ötən mövsüm icarə əsasında “Neftçi”nin sıralarında olan 23 yaşlı qapıçı bundan sonra “Cəbrayıl”ın uğurları üçün tər tökəcək.

Rüstəm oyun təcrübəsini yaxşılaşdırmaq üçün bu addımı atıb. Maya qədər mütəmadi şans qazanmaqla növbəti mövsümdə elita təmsilçilərindən biri ilə müqavilə bağlamaq niyyətindədir.

Azərbaycanın U-21 millisinin sabiq üzvü 2020-ci ildən sıralarında olduğu “Sabah”ın əsas komandasında cəmi 5 oyunda meydana çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
44
sportinfo.az

1Mənbələr