AZ

Türkiyə klubunda ayrılıq

Türkiyənin "Genclərbirliyi" klubu baş məşqçisi Metin Diyadin ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssisin müqaviləsini tek tərəfli olaraq ləğv edib.

Ayrılıq qərarı komandanın son vaxtlar sərgilədiyi qeyri-sabit çıxışdan sonra qəbul olunub. Metin Diyadin bu mövsüm komandası ilə çıxdığı 6 matçda cəmi 2 qələbə qazana bilib. Klubun rəsmi açıqlamasında Diyadinə göstərdiyi əməyə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Hazırda paytaxt təmsilçisinin turnir cədvəlində 23 xalı var. "Genclərbirliyi"nin yeni baş məşqçi axtarışlarına başladığı bildirilir.

Seçilən
12
fanat.az

1Mənbələr