Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Kolambus Kryu” ilə razılaşan Nəriman Axundzadə hələ Bakıdadı. Gənc hücumçunun 3,5 illik müqavilə imzaladığı MLS təmsilçisinin düşərgəsinə qoşulması üçün viza probleminin aradan qaldırılması lazımdı.Sonuncu dəfə bu prosesin təxminən iki həftə çəkəcəyini yazmışdıq. Bəs, indi vəziyyət nə yerdədi?Bu sualla futbolçunun meneceri Tural Əsgərliyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hazırda yalnız məsələsi həll edilməyib. Başqa hansısa problem yoxdu. Vizanın alınması üçün “Kolambus Kryu” ABŞ-nin Bakıdakı səfirliyinə müraciət edilib. Lazım olan bütün sənədlər artıq qarşı tərəfə də təqdim edilib. Nəriman üçün idmançılara ayrılan vizalardan veriləcək. Belədə uzun müddət ABŞ-də qala biləcək. Ümid edirik ki, ən qısa müddətdə, təxminən iki həftə sonra viza alınacaq”.
Xatırladaq ki, ABŞ-də yeni futbol mövsümü fevralın 21-də başlayacaq. “Kolambus Kryu” yeni mövsümdə ilk oyunu ertəsi, Bakı vaxtı ilə 07.30-da keçirəcək. Nərimanın həmin oyunda iştirakı faktiki mümkün deyil.KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.