AZ

Səbirli Qurban Qurbanovu da dilə gətirən rəzalət durum Video

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Səbirli Qurban Qurbanovu da dilə gətirən rəzalət durum - Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Quba Olimpiya İdman Kompleksinin stadionu ilə bağlı sərt etirazı 2 gündür futbol mediasının müzakirə mövzusudur.

QOL.az xəbər verir ki, Misli Premyer Liqasının 20-ci turunda “İmişli” ilə səfər matçında qalib gəlmələrinə (1:0) baxmayaraq, Ağdam klubunun çalışdırıcısı meydançanın bərbad durumuna dair narazılığını sərt şəkildə ifadə edib. O deyib ki, oyunçularının fiziki bərpası 3-4 gün çəkəcək, bu da "Nyukasl"la qarşıdakı (18 fevral) Çempionlar Liqası oyununa təsirini göstərəcək.

Adətən, 53 yaşlı mütəxəssis həm meydanda, həm də mətbuat konfranslarında səbirli, soyuqqanlı davranışı və cavabları ilə seçilir. Bu dəfə isə əksi oldu. Görün, meydançanın durumu necə bərbad haldadırsa, hətta Qurban Qurbanov da emosiyalarını dilə gətirib, eləcə də “İmişli” klubuna irad tutub.

İndi əsas məsələ futbola cavabdeh səlahiyyətli qurumların - AFFA və PFL-in bu qınaqla bağlı hansı qərarı verəcəyidir.

Hələliksə sizə Q.Qurbanovun həmin fikirlərinin yer aldığı videonu təqdim edirik.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
2
qol.az

3Mənbələr