AZ

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu?

Avropada işgüzar səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün özünü jurnalist kimi təqdim edən Emin Hüseynova layiqli cavabını verdi.

Mehriban Əliyevanın Emin Hüseynova: "Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?" - sualının mabədi isə gənc nəslə tanış olmaya bilər.

Publika.az Oxu.Az-a istinadən Emin Hüseynovun "səfirlik macərası"nın bəzi məqamlarını yada salır:

Öncə xatırladaq ki, E.Hüseynov 1979-cu ildə Bakıda doğulub. Kooperasiya, İqtisad və Bakı Dövlət universitetlərində təhsil alıb, jurnalist və aktivist kimi fəaliyyət göstərib.

2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd edir. Ancaq səfirlik "amerikalı hərbçi xanımla evli olan" Hüseynovun bu istəyini rədd edir.

Seçilən
35
2
publika.az

4Mənbələr