AZ

"Araz-Naxçıvan" "Sumqayıt"ı məğlub etdi - VİDEO

Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə bitib - 1:0. 45+5-ci dəqiqədə Ramon Maçado fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra "Sumqayıt" 30 xalla altıncı, eyni xala malik olan "Araz-Naxçıvan" yeddinci pillədə qərarlaşıb.

Günün ilk matçında "Neftçi" "Kəpəz"i üstələyib - 3:1.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.


Bizim.Media

Seçilən
101
3
bizim.media

4Mənbələr