AZ

Qadın paltarında səfirlikdə gizlənən siz idiz? - Mehriban Əliyevadan ona tutarlı cavab

Münhen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq, təxribat cəhdlərini davam etdirən Emin Hüseynovun sual vermək üçün müraciətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cavabı gündəmə çevrilib.

Publika.az xəbər verir ki, Emin Hüseynov konfrans zalından çıxan Mehriban xanım Əliyevaya “Azərbaycanda demokratiya ilə bağlı” sual vermək istədiyini bildirib. Mehriban Əliyeva isə ayaq saxlayaraq, “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram” - deyə, yoluna davam edib.

Xatırladaq ki, Emin Hüseynov Soros Fondunun vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və ayrılan külli miqdarda vəsaiti talaması üzə çıxandan sonra ölkədən qaçmış və bu zaman qadın paltarından istifadə etmişdi.

Seçilən
14
8
publika.az

10Mənbələr