AZ

"Azərbaycandan gələn kənd təsərrüfatı məhsulları çox ləzizdir" -

Sentyabrda Azərbaycana səfərə gələcəm.
Metbuat.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib. Onun sözlərinə görə, iki ölkə arasında münasibət elə səviyyədədir ki, hər hansı problem çıxan zaman dərhal bir-birilə məsləhətləşirlər:"Mən sizə və Azərbaycan xalqına təşəkkür edirəm. Azərbaycan və Serbiya xalqı qarşısında çıxış edən müxtəlif sahədə olan məsələləri müzakirə edirik . Sizin və bizim ölkələrimizin ortaq dəyərləri var. Aramızdakı münasibətlər elədir ki, hər hansı böhran ortaya çıxdıqda bir-birimizlə msələhətləşirik. 2012- ci illər müqayisədə ticarət dövriyyəmiz 16% artıb. Münasibətlərimiz daha yüksək səviyyəyə qalxmalıdır. Daha çox səylər göstərməliyik ki, nailiyyətlərimiz çox olsun. İndiyədək iki ölkə arasında 57 sənəd imzalanıb". Vuçik qeyd edib ki, hər iki ölkədə təhlükəsizlik yüksək səviyyədədir:"Biz iqtisadi əməkdaşlıq, kənd təsərrüfatı məsələlərinə toxunduq. Azərbaycanın Zirə bölgəsində gələn xıyarlar, kənd təsərrüfatı məhsulları ləzizdir. Mən onları çox sevdim".


Seçilən
91
metbuat.az

1Mənbələr