AZ

“Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzu edirəm” - “Neftçi”nin baş məşqçisi

BAKI, 15 fevral. TELEQRAF

“Bu mövzunu, məncə, bağlamaq vaxtıdır. Mən və rəhbərlik görüşdük və qərar verdik ki, Azərbaycan komandasıdır, belə bir çətin vaxtda dəstək olmaq lazımdır.“Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzu edirəm. Bu, bütün Azərbaycanın uğurudur. Sizin ölkə buna layiqdir”.

Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

60 yaşlı mütəxəssis matçla bağlı bu sözləri deyib: ““Bu oyundan sonra iki gün istirahətləri olacaq. Növbəto həftə oyunları olmayacaq. Buna görə, rəhbərlikdən xahiç etmişəm ki, nəsə bir oyun təşkil etsin. Bu olmasa da, öz aramızda oynayacağıq ki, temp düşməsin. Oyunçular üçün ən böyük mükafat qələbədir. Bu gün işlədik və 3 xalı qazandıq. Mın futbolçularla çox ünsiyyətdə oluram, inanıram ki, daha yaxşı olacaq”.
Mütəxəssis

İlk növbədə azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Bir neçə həftə əvvəl “Forza Neftçi”nin ad genü tədbiri idi. Həmin vaxt xəstələndiyim üçün tədbirdə iştirak edə bilmədim. Birinci növbədə buna görə, azarkeşlərdən və rəhbərlikdən üzr istəyirəm ki, orada iştirak edə bilmədim.

Seçilən
11
teleqraf.com

1Mənbələr