ain.az, Bizim media portalına istinadən məlumat verir.
İran təhlükəsizlik qüvvələri Gilan əyalətində bir neçə idmançının evinə gecə saatlarında basqın edərək beş nəfəri saxlayıb.Bizim.Media bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, basqın zamanı dörd boksçu - Milad Şahbazi, Müctəba Yəzdani, Məcid Həbibzadə və Behnam Zəfəri, habelə, "Mələvan" futbol klubunu keçmiş oyunçusu Saman Nurməhəmmədi tutulub.
Təhlükəsizlik qüvvələri evlərdə axtarış apardıqdan sonra saxlanılan şəxsləri Rəşt şəhərindəki ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat İdarəsi) İdarəsinə təhvil veriblər.Saxlanılanların hansı ittihamlarla üzləşdiyi və hazırkı durumları ilə bağlı rəsmi açıqlama verilməyib.Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.