AZ

Britaniyanın sabiq “baş siçantutanı” vəfat etdi

Böyük Britaniyanın Xarici İşlər Nazirliyində uzun müddət “baş siçantutan” kimi fəaliyyət göstərmiş məşhur pişik Palmerston 12 yaşında ölüb.Metbuat.az xbər verir ki, bu barədə onun sosial şəbəkə hesabında məlumat yayılıb. Palmerston 2016-cı ildə sığınacaqdan götürülərək Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə baş siçantutan təyin edilmişdi. Dörd illik “dövlət xidmətindən” sonra o, təqaüdə çıxıb. Lakin onun “diplomatik karyerası” bununla bitməyib. Belə ki, Palmerston sonradan Bermud adalarına köçərək 2025-ci ildə yeni qubernator yanında yarımştat əsasda “pişik münasibətləri üzrə məsləhətçi” vəzifəsinə təyin olunmuşdu.


Seçilən
2
3
metbuat.az

4Mənbələr