AZ

Qaluzin: Qərb Ermənistanı Rusiyaya qarşı alət kimi görür

Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin bildirib ki, Qərb Ermənistanı Moskva ilə qarşıdurmada geosiyasi alət kimi istifadə edir. Onun sözlərinə görə, son günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində ölkəsinin siyasətinin Rusiyanın maraqlarına zərər vurmağa yönəlmədiyini qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, Qaluzin bununla belə, İrəvanın Qərb ölkələri və birlikləri ilə hərbi-siyasi və iqtisadi yaxınlaşmanı sürətləndirdiyini vurğulayıb. O bildirib ki, Rusiya tərəfi dəfələrlə erməni tərəfdaşlarına xəbərdarlıq edib və artıq Qərb də bunu gizlətmir: Ermənistan Moskva ilə qarşıdurmada geosiyasi mübarizə aləti kimi nəzərdən keçirilir.

Qaluzinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın Qərblə münasibətlərdə atdığı addımlar, o cümlədən təşkilat çərçivəsindəki öhdəliklərə uyğunluğu diqqətlə izlənilir.

Nazir müavini qeyd edib ki, Moskva üçün əsas məsələ Yerevanın hələ də təşkilatın tamhüquqlu üzvü olaraq qalmasıdır. Onun sözlərinə görə, Ermənistan müttəfiqlik əməkdaşlığından kənarda saxlanılmır və qəbul edilən bütün qərarlara qoşulmaq imkanını qoruyur.

Seçilən
71
nocomment.az

1Mənbələr