AZ

Azərbaycanlı idmançı: "Əsas məqsədim UFC-də çıxış etməkdir"

Bu gün Batumidə qazandığım qələbəni Azərbaycan və Gürcüstan xalqlarının dostluğuna həsr etdim. Azərbaycanlılar ilə yanaşı, gürcülərin də məni dəstəkləməsi çox qürurvericidir. Bu dəstək mənə əlavə motivasiya verir.

İdman.Biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində yeddiqat dünya çempionu və üçqat Avropa çempionu, Batumidə keçirilən MMA üzrə yarışda ardıcıl olaraq üçüncü qələbəsini qazanan Alim Nəbiyev deyib.

"Bu gün mən müxtəlif döyüş təşkilatlarından təkliflər alıram. Onları dəyərləndirəcəyəm. Bununla belə, əsas məqsədim dünyanın ən nüfuzlu döyüş liqası olan UFC-də çıxış etməkdir. Bu məqsədimə çatmaq üçün daha çox işləmək və beynəlxalq arenada ardıcıl uğurlar qazanmalıyam", -deyə Nəbiyev vurğulayıb.

O deyib ki, UFC-də çıxış etmək üçün MMA döyüşlərində 5 ardıcıl qələbə qazanmalıdır. Hər növbəti yarışda daha professional idmançı ilə qarşılaşırsan: "Amma bu məni qorxutmur. Əksinə daha ciddi hazırlaşmağa sövq edir. Mən Azərbaycanımın şərəfini qorumalıyam. İnanıram ki, buna da nail olacağam, azərbaycanlı və gürcü azarkeşlərimin ümidini doğruldacağam".

İdman.Biz
Məqalədə:
Seçilən
14
3
idman.biz

4Mənbələr