AZ

Daha bir ölkə İranda hökumətin dəyişməsini İSTƏYİR

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Kanada İranda hökumət dəyişikliyi istəyir. 

Bu barədə ölkənin xarici işlər naziri Anita Anand diyini deyib. Lakin o, ölkəsinin ABŞ-nin hərbi hücumunu dəstəkləyib-dəstəkləməyəcəyini deməyib.

“Cebheinfo.az” xəbər verir ki, nazir bu barədə “The Globe and Mail” qəzetinə verdiyi müsahibədə bildirib:

"Rejim dəyişikliyi baş verənə qədər İranla diplomatik münasibətlər qurmayacağıq. Nöqtə".

Kanadanın İranla münasibətləri xüsusilə pisdir və 2012-ci ildə diplomatik əlaqələri kəsib. Anand İran hökuməti ilə əlaqəli yeddi şəxsə qarşı əlavə sanksiyalar elan edib və Kanadanın regiondakı diqqətini insan haqlarının pozulmasına yönəltdiyini söyləyib.

ABŞ ordusu Prezident Donald Trampın hücum əmri verəcəyi təqdirdə həftələrlə İrana qarşı davamlı əməliyyatlar ehtimalına hazırlaşır. Bu barədə iki ABŞ rəsmisi “Reuters” agentliyinə bildirib. Bu, ölkələr arasında əvvəllər görüldüyündən daha ciddi münaqişəyə səbəb ola bilər.

Cümə günü Tramp özü də İranda hökumət dəyişikliyi arzuladığını bildirib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
cebheinfo.az

1Mənbələr