AZ

Adları bir-bir paylaşdılar! Əgər bu siyahı doğrudursa, vay dünyanın halına!

ABŞ Ədliyyə Nazirliyinin (ƏD) Ceffri Epşteynin sənədlərində yer alan "siyasi cəhətdən nüfuzlu şəxslərin" siyahısını açıqlaması beynəlxalq mətbuatda geniş diqqət çəkib.

Turkustan.az xəbər verir ki, lakin bu adların sənədlərdə necə və niyə göründüyünü izah edən heç bir kontekstin olmaması fərziyyələrə və tənqidlərə səbəb olub.
Konqresə göndərilən altı səhifəlik məktubda Ədliyyə Nazirliyi Epşteynin sənədlərində adı çəkilən bütün "dövlət məmurları və siyasi cəhətdən nüfuzlu şəxslər"in siyahısını tərtib etdiyini bildirib. Lakin məktubda adların sənədlərdə necə göründüyü izah edilməyib; əksinə, adların bəzi yazışmalarda, media hesabatlarında və ya şəbəkə kommunikasiyalarında qeyd oluna biləcəyi qeyd edilib. Bu yanaşma, xüsusən də siyahıda illər əvvəl vəfat etmiş şəxslərin də olduğu üçün tənqid olunub.

"New York Post" qəzetinin məlumatına görə, siyahıda çoxdan dünyasını dəyişmiş məşhur şəxslər, məsələn, Maykl Cekson, Merilin Monro və Elvis Presli, eləcə də ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Donald Tramp kimi siyasətçilər yer alır. Bildirilir ki, bu şəxslər Epşteynlə birbaşa əlaqəli deyil, yalnız iş sənədlərində qeyd olunur.

ABŞ

ABŞABŞABŞ

Aytən Yaşar/ Turkustan.az

Seçilən
50
turkustan.az

1Mənbələr