AZ

Əməkdaşlıqdan imtina etməyəcəyik - Rubiodan Avropaya mesaj

"ABŞ-nin Avropa ilə əməkdaşlıqdan imtina etmək niyyəti yoxdur".

Adalet.az BBC-yə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio belə deyib.

Münhen Təhlükəsizlik Konfransı zamanı Amerika diplomatiyasının rəhbəri Avropa liderlərinə Vaşinqtonun "münasibətləri kəsmək deyil, əksinə, uzunmüddətli dostluğu dirçəltmək və bəşəriyyət tarixindəki ən böyük sivilizasiyanı yeniləmək" istədiyinə əmin edib. O, transatlantik tərəfdaşlığa son qoymağın ABŞ üçün "nə məqsəd, nə də arzu" olduğunu aydınlaşdırıb.

"Biz amerikalılar üçün evimiz Qərb yarımkürəsində ola bilər, amma həmişə Avropanın övladları olacağıq", - M.Rubio fikrini belə yekunlaşdırıb.

Seçilən
7
2
adalet.az

3Mənbələr