Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz” “Neftçi”ni qəbul edir.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi görüşə bir itki ilə çıxacaq. Ryonosuke Ohori matçda zədəli olduğu üçün çıxış etməyəcək.
“Neftçi”də isə cəzalı Elvin Bədəlov matçda forma geyinə bilməyəcək.
Xatırladaq ki, “Kəpəz” – “Neftçi” görüşü bu gün saat 14:30-da start götürəcək.