AZ

Qarabağ Universitetində 2025-ci ilin payız semestri mühüm nailiyyətlərlə yadda qaldı

Bakı. Trend:

2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimiqeyd olunduğu, tarixi Zəfərin beşilliyinin tamamlandığı bir dövrdəmilli ali təhsil sistemində, xüsusilə də Xankəndi şəhərindəfəaliyyət göstərən Qarabağ Universitetində dinamik inkişafla yaddaqalıb.

Trend xəbər verirki, dövlətin ali təhsilə göstərdiyi güclü dəstək, keyfiyyət vəəlçatanlığın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsiuniversitetin qısa müddətdə müasir və rəqabətqabiliyyətli alitəhsil mərkəzinə çevrilməsinə şərait yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiqsərəncamı ilə yaradılan universitetdə 2025/2026-cı tədris ilininpayız semestrində institusional inkişaf, tədrisin keyfiyyətininyüksəldilməsi və tədqiqatyönümlü ali təhsil modelininformalaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub. Dövlətbaşçısının iştirakı ilə universitetin Klinika binasının, Tibb vəsağlamlıq elmləri fakültəsinin tədris korpusunun və Biznes vəiqtisadiyyat fakültəsinin yeni binasının açılışı, eləcə dəMühəndislik fakültəsinin binasının təməlinin qoyulması QarabağUniversitetinin sürətli inkişafının göstəricisi kimiqiymətləndirilir.

Cari tədris ilində universitetə 1053 tələbə qəbul olunub, ümumitələbə sayı isə 2152 nəfərə çatıb. Qəbulun yüksək bal göstəricilərivə respublikanın 66 şəhər və rayonunu əhatə etməsi QarabağUniversitetinə artan marağı nümayiş etdirir. Eyni zamanda, 9 yeniixtisasın açılması ilə universitet üzrə ixtisasların sayı 34-əyüksəlib. Hazırda universitetdə 7 fakültə üzrə müasir kurikulumlarəsasında tədris aparılır.

Payız semestrində idarəetmədə şəffaf və tələbəyönümlü yanaşmalartətbiq edilib, Elmi Şura və fakültələrlə keçirilən mütəmadigörüşlər strateji idarəetmənin gücləndirilməsinə xidmət edib.Tədrisdə keyfiyyət təminatı sahəsində isə mühüm nailiyyət kimiBiznes və iqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə”ixtisaslarının ACCA tərəfindən akkreditə olunması xüsusi qeydedilir. Bu akkreditasiya məzunların beynəlxalq əmək bazarındarəqabət qabiliyyətini artırır.

Elmi fəaliyyət sahəsində də müsbət dinamika müşahidə olunub.Universitet əməkdaşlarının Scopus indeksli jurnallarda dərc olunmuşməqalələrinin sayı 34-ə çatıb, alimlər müxtəlif ölkələrdə keçirilənbeynəlxalq konfranslarda Qarabağ Universitetini layiqincə təmsilediblər. Tələbələr isə yerli və beynəlxalq sərgi, müsabiqə vəforumlarda uğur qazanaraq universitetin nüfuzunun artmasına töhfəveriblər.

Beynəlxalq və yerli tərəfdaşlıqların genişləndirilməsi də payızsemestrinin əsas istiqamətlərindən olub. Türkiyənin nüfuzluuniversitetləri, eləcə də yerli ali təhsil və sənaye qurumları iləəməkdaşlıq barədə razılaşmalar Qarabağ Universitetinin qlobalakademik məkanda mövqeyini möhkəmləndirib.

Ümumilikdə, dövlətin hərtərəfli dəstəyi və məqsədyönlüstrategiya sayəsində Qarabağ Universitetində 2025/2026-cı tədrisilinin payız semestri məhsuldar nəticələrlə yekunlaşıb vəuniversitetin regional inkişafın əsas drayverlərindən birinəçevrilməsi istiqamətində mühüm addımlar atılıb.

Seçilən
54
az.trend.az

1Mənbələr