AZ

Dəqiq fikirdir: "Dünyada müstəqil media yoxdur"

Prezident İlham Əliyevin Münxendə yerli telekanallara verdiyi müsahibənin ardınca mühacir bloqerlərdən olan, əsasən qərəzli yanaşmaları və dövlətə, onun maraqlarına qarşı çıxış edən Emin Hüseynov da İlham Əliyevdən müsahibə istəyib. E. Hüseynov burada da təxribatçı xislətindən çıxış edərək dövlət başçısına belə səslənib: "Cənab Prezident, müstəqil medianın da suallarına cavab verəcəksiz?

Prezident İlham Əliyev isə öz növbəsində, "müstəqil media yoxdur dünyada"- deyə reaksiya verib.

Azərbaycan Prezidentinin bu fikri heç bir halda emosional reaksiya deyil. Bu, reallığın təhlili nəticəsində hasil olan dəqiq qənaətdir.

Reallıq isə belədir: Media boşluqda yaşamır; o, pulun, siyasətin və gücün kəsişməsində fəaliyyət göstərir.

Maliyyəni kim verirsə, gündəmi də əsasən o müəyyən edir.  

İçi biz qarışıq bütün dünyada belədir:

Açıq senzura yoxdur, amma özünüsenzura həmişə mövcud olub.

Bəli, inkişaf etmiş ölkələrdə belə media ideoloji neytral deyil.

Məsələn, məşhur Fox News və MSNBC fərqli siyasi mövqelərin media təzahürüdür.

Bəzi ölkələrdə isə media biznes qruplarına, siyasi elitalara, hətta qeyri-rəsmi və mafioz dairələrə bağlı olur və informasiya ictimai maraq üçün yox, təsir aləti kimi istifadə edilir.

Odur ki, Prezident İlham Əliyev dəqiq ifadə edib: Dünyada müstəqil media yoxdur.

Nicat Dağlar

Missiya.Az

Seçilən
77
missiya.az

1Mənbələr