ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə keçirilən son görüşdə Amerikanın İranın Çinə neft ixracını azaltmağa çalışacağı barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı müzakirənin təfərrüatları ilə tanış olan iki amerikalı məmura istinadən məlumat yayıb.
"Biz İran neftinin Çinə tədarükü məsələsi də daxil olmaqla, Tehrana qarşı maksimum təzyiq siyasəti çərçivəsində tam güclə hərəkət etməyə razılaşdıq", - deyə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib.
Qeyd etmək lazımdır ki, Çin İran neft ixracatının 80%-dən çoxunu təşkil edir. Bu istiqamətdə hər hansı bir azalma İranın neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması demək olardı.
Ötən həftə Omanın vasitəçiliyi ilə Amerika və İran diplomatları diplomatik dialoqu bərpa etmək məqsədilə nüvə danışıqları aparıblar.
"Cebheinfo.az"