Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya ordusu Donetsk bölgəsində həqiqətən də minimal taktiki irəliləyişlər əldə edib. Lakin düşmənin bölgəni tamamilə ələ keçirə bilməsi ehtimalı azdır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın Aeromobil Slobojanska Briqadasının mayoru Vladimir Qolyagin bildirib.
O qeyd edib ki, strateji səviyyədə ruslar məqsədlərinə çox yavaş-yavaş nail olur:
"İşğalçı orduya Ukraynanın müəyyən ərazilərinə nəzarəti ələ keçirmək üçün dəfələrlə müddət verilib, lakin bu müddət həmişə təxirə salınıb".
Qolyagin deyir ki, Ukrayna bölmələri imkanlarını daha da genişləndirib inkişaf etdirsələr, işlərini daha effektiv şəkildə yerinə yetirə biləcəklər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.