AZ

Obama yadplanetlilərə inandığını etiraf edib

ABŞ-ın sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğuna inandığını etiraf edib.

 

Obama bu barədə amerikalı bloger Brayan Koenə müsahibəsində bildirib.

 

"Onlar gerçəkdirlər, amma mən onları görməmişəm", - Obama deyib.

 

Sabiq prezident yumorla qeyd edib ki, bu, prezident olduqdan sonra verdiyi ilk suallardan biri olub. Lakin o, yadplanetlilər üzərində təcrübələrin aparıldığı barədə şayiələrin yayıldığı 51-ci Zonada heç bir gizli laboratoriya tapmayıb./APA

Tarix: 15 Fevral 2026, 09:32   
Seçilən
32
7
pravda.az

8Mənbələr