AZ

Britaniya Xarici İşlər Nazirliyinin məşhur pişiyi öldü

ain.az bildirir, Bizim media portalına istinadən.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin sabiq “baş siçan ovçusu” olan Palmerston adlı pişik Bermud adalarındakı evində ölüb. Onun 12 yaşı var idi.Bizim.Media xəbər verir ki, bu barədə pişiyin X sosial şəbəkəsindəki rəsmi hesabında bildirilib.“Palmerston, görkəmli diplomat, fevralın 12-də sakit şəkildə dünyasını dəyişdi”, — deyə əlavə edilib.

 

Palmerston 2020-ci ilin avqustunda dörd illik diplomatik xidmətindən sonra təqaüdə çıxmışdı. Fevralın əvvəlində isə o, “təqaüddən geri dönərək” Böyük Britaniyanın Bermud adalarındakı dördayaqlı nümayəndəsi təyin olunmuşdu.

Palmerston 2016-cı ilin aprelində hökumətə gətirilmişdi. Xarici İşlər Nazirliyinin əməkdaşları ona böyük sevgi ilə yanaşır, tutduğu siçanlara görə minnətdarlıq əlaməti olaraq müxtəlif ləzzətlər təqdim edirdilər.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
bizim.media

2Mənbələr