AZ

Dərman qəbul edənlərin ən çox etdiyi təhlükəli səhv – farmakoloqlar açıqladı

Farmakoloqlar dərman qəbulunda insanların ən çox etdiyi və sağlamlıq üçün ciddi risk yaradan bir səhvi açıqlayıblar.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, xəstələrin böyük qismi dərmanı özbaşına dayandırır və ya dozanı dəyişdirir, bu isə müalicənin tamamilə təsirsiz qalmasına, hətta ağır fəsadlara səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, xüsusilə təzyiq, şəkər, ürək ritm pozğunluğu, antibiotiklər və hormonal dərmanlar həkimin göstərişi olmadan dayandırıldıqda bədənin reaksiyası daha ağır olur. Dərmanın birdən-birə kəsilməsi təzyiqin kəskin yüksəlməsi, ürək ritminin pozulması, şəkərin düşməsi və ya artması kimi təhlükəli nəticələr yarada bilər.

Farmakoloqlar xəbərdarlıq edir ki, bəzi insanlar özlərini yaxşı hiss etdikdə dərmanı qəbul etməyi dayandırırlar. Halbuki “özünü yaxşı hiss etmə” dərmanın təsiri ilə əlaqəlidir, səbəb aradan qalxdığı anlamına gəlmir. Mütəxəssislər deyirlər ki, dərmanların dozasını azaltmaq, artırmaq, saatını dəyişmək və ya tam dayandırmaq yalnız həkimlə məsləhətləşərək edilməlidir.

Həkimlər həmçinin başqa bir riskli davranışa diqqət çəkir: xəstələrin çoxu eyni anda bir neçə dərman qəbul edərkən onların qarşılıqlı təsirini nəzərə almır. Bu isə dərmanların təsirini zəiflədə, gücləndirə və ya zərərli birləşmələr yarada bilər. Xüsusilə ağrıkəsicilər, vitamin kompleksləri və bitki tərkibli əlavələr də daxil olmaqla bütün preparatlar haqqında həkimə məlumat verilməlidir.

Mütəxəssislər vurğulayır ki, düzgün dərman istifadəsi yalnız müalicənin effektini artırmır, həm də həyati təhlükələrin qarşısını alır. Əgər dərman qəbulundan sonra yan təsir, halsızlıq, təzyiq dəyişməsi və ya qeyri-adi əlamətlər yaranarsa, dərmanı özbaşına dayandırmadan həkimə müraciət etmək ən doğru addımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
16
e-saglam.az

1Mənbələr