AZ

Vaşinqton hərəkətə keçdi: Qeyri qanuni miqrasiyaya qarşı milyardlıq həmlə

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton administrasiyası qeyri-qanuni miqrantların deportasiyasını sürətləndirmək məqsədilə ABŞ-nin bir sıra ştatlarında saxlama mərkəzlərinin yaradılmasına təxminən 38,3 milyard dollar vəsait xərcləməyi planlaşdırır.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Nyu-Hempşir ştatının qubernatoru Kelli Eyottun rəsmi saytında dərc olunmuş sənədlərində məlumat yer alıb.

Sözügedən materiallardan aydın olur ki, 2026-cı il noyabrın 30-dək miqrantların deportasiyadan əvvəl saxlanılması üçün səkkiz iri mərkəzin və 16 kiçik məntəqənin yaradılması nəzərdə tutulur. Bu məqsədlə, xüsusilə, mövcud binaların yenidən qurulması planlaşdırılır. Qurumun dəqiqləşdirməsinə görə, saxlama mərkəzlərindən istifadənin yeni modelinin dəyəri 38,3 milyard dollar həcmində qiymətləndirilir. Bu tədbirlərin həyata keçirilməsi xidmətə eyni vaxtda 92 mindən çox miqrantı nəzarət altında saxlamaq imkanı verəcək.

Məlumata görə, sənədlər K.Eyottun sorğusu əsasında ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) tərəfindən onun aparatına təqdim edilib. Qeyd edək ki, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti məhz bu nazirliyin strukturuna daxildir.(oxu.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
2
olke.az

3Mənbələr