AZ

“Aston Villa” UEFA nın daha bir cəriməsi ilə üzləşib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Aston Villa” UEFA-nın maliyyə qaydalarını pozduğuna görə cərimələnə bilər.

İdman.Biz bu barədə “The Times”a istinadən məlumat verir.

Klubun UEFA-nın heyət xərcləri qaydasını ardıcıl ikinci il pozduğu güman edilir. Qaydaya əsasən, klubun oyunçu maaşları, transferlər və agentlər üzrə xərcləri gəlirlərinin 70 faizini keçərsə, cərimə nəzərdə tutulur.

2025-ci ilin iyul ayında Birminhem klubu heyət xərcləri limitini aşdığına görə 6 milyon avro cərimə olunub. Bu limit klubun gəlirlərinin 80 faizi olaraq müəyyən edilib. 2025/26 mövsümündən etibarən limit 70 faizə endirilib.

“Aston Villa”nın bu mövsüm gəliri ötən mövsümlə müqayisədə azalıb, çünki klub bu mövsüm Avropa Liqasında oynayır, ötən mövsüm isə mükafat pulunun xeyli yüksək olduğu Çempionlar Liqasında mübarizə aparıb.

Eyni zamanda, qeyd olunur ki, “Aston Villa” klubun gəlirləri ilə bağlı UEFA ilə başqa bir müqaviləni pozmayacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr