AZ

ABŞ-nin NATO-dakı səfiri: Amerika hərbçiləri Avropanı tərk etməyəcək

Amerikalılar Avropanı və ya alyansı tərk etmək niyyətində deyillər.

"Far.Az" xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Münxen Təhlükəsizlik Konfransında "POLITICO"ya açıqlayıb.

Bildirilib ki, bu açıqlama onminlərlə amerikalı hərbçinin çıxarılmasından narahat olan avropalı müttəfiqləri ABŞ dövlət katibi Marko Rubionun sakitləşdirməyə çalışmasından bir neçə saat sonra edilib.

Nəşrdə qeyd olunub ki, bu il Amerika rəsmiləri illik təhlükəsizlik konfransında daha barışdırıcı mövqe tutublar, çünki alyansda yetmiş illik münasibətlər ərzində ən böyük böhran yaşayır. Onların daha yumşaq şərhləri keçən il vitse-prezident Cey Di Vensin qitənin dəyərlərini tənqid atəşinə tutduğu qəzəbli ritorikasından kəskin şəkildə fərqlənir.

Lakin Uitaker avropalıların müdafiə yükünün böyük hissəsini öz üzərlərinə götürmələrinin vacibliyini vurğulayıb.

"Avropa İttifaqının (Aİ) çox varlı və uğurlu ölkələrinin ənənəvi müdafiəni öz üzərinə götürməsi lazımdır. Bu da ABŞ-yə həmin bölgələrdə müttəfiqlərimizlə birlikdə digər problemləri və təhdidləri həll etməyə diqqət yetirməyə imkan verəcək", - o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə üzv ölkələrin xərclərini, onların Ukraynaya dəstəyini və öz müdafiələrinə sadiqliyini tənqid edib. Lakin son həftələrdə bu tənqid yumşalıb. Amerika rəsmiləri Avropadakı həmkarlarını qitədəki 80 000 amerikalı hərbçinin öz yerlərində qalacağına əmin ediblər.

Lakin Avropa buna tam inanmır. Aİ-nin müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius blokun 100 000 hərbçidən ibarət öz silahlı qüvvələrinin yaradılmasını təkid edir.

Seçilən
33
far.az

1Mənbələr