AZ

ABŞ İran danışıqlarının gələn həftə Cenevrədə keçiriləcəyi təsdiqləndi

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Oman gələn həftə Cenevrədə ABŞ-İran danışıqlarına ev sahibliyi edəcək.

Oxu.Az xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer Qobet bu barədə TASS-a açıqlama verib.

"İsveçrə Xarici İşlər Nazirliyi tərəflərlə əlaqə saxlayır və münaqişədə gərginliyin azaldılmasına yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazırdır. Bu kontekstdə Nazirlik Oman Sultanlığının gələn həftə Cenevrədə ABŞ və İran arasında danışıqlara ev sahibliyi edəcəyini təsdiqləyir", - deyə P.Qobet bildirib.

O vurğulayıb ki, konfederasiya bu danışıqları alqışlayır və dəstəkləyir. Pyer Qobet əlavə edib ki, İsveçrə Vaşinqton və Tehran arasında dialoqu asanlaşdırmaq üçün istənilən vaxt öz xoşməramlı xidmətlərini təklif etməyə hazırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
sherg.az

3Mənbələr