AZ

Zelenski Uitkoff və Kuşnerlə görüşdüyünü bildirib

BAKI, 15 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin xüsusi nümayəndəsi Steve Uitkoff və ABŞ administrasiyasının rəhbəri Donald Trampın kürəkəni Cared Kuşner ilə görüş keçirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Zelenski bu barədə öz "Telegram" kanalında məlumat verib.

O qeyd edib ki, söhbət Cenevre şəhərində planlaşdırılan üçtərəfli görüş ərəfəsində baş tutub.

Ukrayna lideri bildirib ki, tərəflər əvvəlki danışıqlardan, xüsusilə Əbu-Dabidə keçirilmiş nümayəndə heyətlərinin görüşlərindən sonra əldə olunmuş bəzi işləmələri müzakirə ediblər.

Zelenski qarşıdakı danışıqların həqiqətən nəticəyönümlü olacağına ümid etdiyini vurğulayıb.

Seçilən
26
teleqraf.com

1Mənbələr