Misli Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Yeganə qola 20-ci dəqiqədə Davit Volkov imza atıb.
Bu nəticədən sonra paytaxt təmsilçisi xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. Aktivində 6 xalı olan bölgə klubu isə sonuncu - 12-ci pillədə yer alıb.
"Zirə" – "Karvan-Yevlax" 1:0