AZ

“Liverpul” “Brayton”u darmadağın etdi

İngiltərə Kubokunun (FA Cup) IV mərhələsində “Liverpul” ilə “Brayton” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumata görə, “Enfild” stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Hesabı 42-ci dəqiqədə Kurtis Cons açaraq mersisaydlıları önə çıxarıb. 56-cı dəqiqədə  Dominik Soboslay fərqi iki topa çatdırıb. 68-ci dəqiqədə isə Məhəmməd Salah penaltini dəqiq yerinə yetirərək hesabı 3:0 edib.

Qeyd edək ki, hazırkı turnirin qalibi "Kristal Pelas" olub. Onlar finalda “Mançester Siti”ni  1:0 hesabı ilə məğlub ediblər.

Seçilən
118
90deqiqe.az

1Mənbələr