"Gecəyarısından sonra oyaq qalmaq insanı həm normal istirahətdən, həm də sağlam arıqlamaq imkanından məhrum edir."
Milli.Az-ın məlumatına görə, rusiyalı dietoloq Nataliya Lazurenko RT-yə açıqlamasında bildirib ki, yuxu zamanı orqanizmdə vacib bərpa prosesləri gedir. Gecə saatlarında həm həzm tamamlanır, həm də yağyandırmanı və hüceyrə yenilənməsini dəstəkləyən somatotropin hormonu aktiv şəkildə ifraz olunur.
Mütəxəssisin sözlərinə görə, bu hormonun pik vaxtı gecə saat 01:00-dır və maksimum fayda üçün insan ən gec saat 23:00-da yatmalıdır. O, həmçinin son yeməyin yuxudan azı üç saat əvvəl qəbul edilməsini tövsiyə edir.
Asya
Milli.Az