AZ

Ronaldo qayıdışını qolla qeyd etdi

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ronaldo qayıdışını qolla qeyd etdi

Kriştiano Ronaldo 3 oyunluq boykotdan sonra "Əl-Nəsr"in heyətində meydana çıxıb. 

QOL.az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı Pro Liqanın 22-ci turu çərçivəsində "Əl-Fateh"lə matçın start heyətinə yer alıb. 

Ronaldo qayıdışını qolla qeyd edib. O, 18-ci dəqiqədə Sadio Manenin ötürməsini qola çevirməklə matçda hesabı açıb. Qalan dəqiqələrdə daha bir qol vuran “Əl-Nəsr” 2:0 hesablı qələbə qazanıb. 

Bununla da komanda xallarının sayını 52-ə çatdırmaqla turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Əl-Nəsr” lider “Əl-Hilal”dan cəmi 1 xal geri qalır.

Xatırladaq ki, Ronaldo komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmayıb. Futbolçu bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz əlaməti olaraq atıb və oyunları boykot edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
3
qol.az

5Mənbələr