Macarıstanın üzləşdiyi əsl təhlükə Rusiya deyil, Avropa Birliyidir.
Azreform.info xəbər verir ki, bunu şənbə günü keçiriləcək parlament seçkilərindən əvvəl tərəfdarları qarşısında çıxışında Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Orban Aİ-ni ötən əsrdə Macarıstanı 40 ildən çox idarə edən repressiv Sovet rejimi ilə müqayisə edib və bir çox Avropa liderinin Rusiya Prezidenti Vladimir Putinin qitənin təhlükəsizliyinə təhdid yaratmasına dair fikrini rədd edib.
"Azadlığı sevənlərin Şərqdən deyil, Brüsseldən qorxmalıdır. Putin haqqında qorxu dolu fikirlər sadəlövhlük və qeyri-ciddilikdir. Lakin Brüssel reallıqdır və qaçılmaz təhlükə mənbəyidir. Bu, acı bir həqiqətdir və biz buna dözməyəcəyik" - Orban qeyd edib.