AZ

TƏCİLİ! Xəbərdarlıq edildi – NATO müharibəyə QOŞULUR!

NATO Rusiyanın qoşunları Polşa sərhədini keçərsə, alyansın dərhal müharibəyə daxil olacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib.

Nazirin sözlərinə görə, əgər Rusiya qüvvələri Polşa ərazisinə daxil olaraq NATO ölkəsinin vətəndaşlarını, xüsusilə də polşalıları öldürməyə başlasa, Şimali Atlantika Şurası təcili iclas keçirəcək və fövqəladə fəaliyyət planını işə salacaq.

“Əgər onlar sərhədi keçsələr və NATO ölkəsinin, Polşa vətəndaşlarının öldürülməsinə başlasalar, biz Şimali Atlantika Şurasının toplaşacağını və fövqəladə tədbirlər planını aktivləşdirəcəyini gözləyirik. Bundan sonra plan çox sadə olacaq: biz qalib gələcəyik, onlar isə uduzacaqlar”, – deyə Sikorski bildirib.

Polşa XİN rəhbəri həmçinin hesab edir ki, ABŞ artıq Ukrayna ilə bağlı danışıqlarda aparıcı rol oynaya bilməz. Onun sözlərinə görə, Vaşinqton Kiyevə göndərilən silahların böyük hissəsinin xərclərini artıq əvvəlki kimi ödəmir və bu səbəbdən prosesdə əsas söz sahibi olmamalıdır.

Sikorski vurğulayıb ki, danışıqlarda Avropaya yer verilməlidir, çünki münaqişənin nəticələrinin əsas yükü məhz Avropa ölkələrinin üzərinə düşür.

“Əgər biz pul ödəyiriksə, əgər bu, təkcə Ukraynanın deyil, bizim də təhlükəsizliyimizə təsir edirsə, deməli, danışıqlar masasında yer almağa haqqımız var. Çünki bu müharibənin nəticələri bizə də təsir edəcək”, – deyə nazir bildirib.

Polşa xarici işlər naziri qeyd edib ki, əvvəlki dövrlərdə ABŞ-ın danışıqlarda aparıcı rol oynaması təbii idi. Çünki əsas hərbi yardımı məhz Vaşinqton göstərirdi və strateji kəşfiyyat məlumatlarını Kiyevin xeyrinə istifadə edirdi. Lakin hazırkı şəraitdə Avropanın bu prosesdə daha fəal iştirak etməsi zəruridir.

Sikorskinin fikrincə, Rusiya ilə Ukrayna arasında davam edən müharibənin gələcək nəticələri birbaşa Avropanın təhlükəsizliyinə təsir göstərəcək və bu səbəbdən Avropa ölkələri kənarda qala bilməz. /nocomment.az/

Seçilən
3
3
turkustan.az

4Mənbələr