AZ

Alim Nəbiyev Batumidə beynəlxalq turnirdə MMA üzrə növbəti qələbəsini qazandı (FOTO)

Bakı. Trend:

Fevralın 14-də Gürcüstanın Batumi şəhərində GFC (GeorgianFighting Championship) və “Grand Bellagio Championship” turnirikeçirilib.

GFC-dən Trend-əverilən məlumata görə, çempionatda iki azərbaycanlı idmançımübarizə aparıb. Gecənin ən maraqlı qarşılaşması Gürcüstandayaşayan, Azərbaycan və Gürcüstanı beynəlxalq arenalarda uğurlatəmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu,“Professor” ləqəbli Alim Nəbiyev ilə braziliyalı Jaime Souzaarasında baş tutub.

Üç raund davam edən və son dərəcə gərgin mübarizə şəraitindəkeçən döyüşdə Alim Nəbiyev tam üstünlük nümayiş etdirərək inamlıqələbə qazanıb. Bununla da o, MMA karyerasında ardıcıl üçüncüqalibiyyətini rəsmiləşdirib.

Gecənin digər azərbaycanlı qalibi isə Elvin Kamilli olub. O,gürcü idmançı Sandro Datanaşvilini məğlub edərək Azərbaycankomandasına növbəti qələbəni qazandırıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə,Qazaxıstan, Slovakiya, İsrail və Braziliyadan olan idmançılarqüvvələrini sınayıblar.

Tədbiri izləmək üçün Azərbaycandan tanınmış idmançılar vəməşqçilər, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin vəBatumidəki Baş konsulluğunun nümayəndələri, eləcə də yerli icmatəmsilçiləri Batumi şəhərinə səfər ediblər.

Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Alim
Seçilən
51
2
az.trend.az

3Mənbələr