Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Efiopiyaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran məlumat verib.
O bildirib ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri, regional və qlobal proseslər müzakirə olunacaq.
Görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur.