AZ

Transatlantik müzakirələr fonunda Avropa öz üzərinə böyük təhlükəsizlik məsuliyyətlərini götürür – Niderland XİN

Münxen. Trend:

Avropa transatlantik əməkdaşlığını qoruyub saxlayaraq öztəhlükəsizlik imkanlarını gücləndirməyə davam etməlidir.

Trend xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransıçərçivəsində jurnalistlərə Niderlandın xarici işlər naziri Davidvan Veel bildirib.

Van Veel iqlim siyasəti, miqrasiya və beynəlxalq qurumların roluilə bağlı davam edən müzakirələri etiraf etdi, lakin Avropanın özməsuliyyətinə diqqəti yönəltməli olduğunu vurğuladı.

"Amerikanın təhlükəsizliyimizi necə təmin etməyimizlə bağlı özfikri var, çünki təhlükəsizliyimizi təmin edən Amerika BirləşmişŞtatları olub. Və biz buna görə məsuliyyət daşıyırıq. Buna görə dəehtiyac duyduğumuz şeylərə investisiya qoymağa davam etməliyik", -deyə o bildirib.

ABŞ və Avropa arasında daxili siyasətdəki fərqlərdən danışarkən,o, müxtəlif regionlarda daxili siyasi proseslərinqiymətləndirilməsinin çətinliyini qeyd etdi.

"ABŞ-nin daxili siyasətində baş verənləri qiymətləndirmək bizimüçün çox çətindir. Eyni şey Avropaya da aiddir", - deyə qeyd edib.O əlavə edib ki, fikirlər hətta Avropa İttifaqı daxilində də fərqliola bilər.

Sonda van Vil ortaq dəyərlərin və əməkdaşlığın vacibliyinivurğuladı. "Birlikdə müdafiə etdiyimiz prinsiplərə və mesajlaraciddi yanaşmalıyıq", - deyə o bildirib.

Seçilən
145
1
az.trend.az

2Mənbələr