AZ

Bakıda boksçu qəfil vəfat etdi -

III MDB Oyunlarında bürünc medal qazanan boksçu, 16 yaşlı Əli Ruşanovun ölməsinin təfərrüatı məlum olub.

Metbuat.az bildirir ki, Azərbaycan Boks Federasiyasından Qafqazinfo.az-a verilən məlumata görə, bu gün iki yeniyetmə boksçu - Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

"6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili yardım briqadası müdaxilə edib və o, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birgə Bakıya gəliblər.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır", - federasiyadan qeyd edilib.

Seçilən
24
17
metbuat.az

10Mənbələr