AZ

Prezident İlham Əliyevin Zelenski ilə görüşü oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Heftelik.az xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Azərbaycan və Ukrayna prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Prezident İlham Əliyevlə görüşü barədə X-da paylaşımında bildirib ki, enerji dəstəyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Onu enerji sistemində ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturumuza zərbələrinin nəticələri ilə bağlı məlumatlandırdım. Son enerji dəstək paketinə görə minnətdaram. Biz ikitərəfli əlaqələrdə olan inkişaf və Azərbaycanın marağında olan enerji layihələrinin icrası barədə fikir mübadiləsi apardıq. Biz həm də sülhə nail olmaq məqsədi daşıyan danışıqlar prosesinə də diqqət ayırdıq”,- Zelenski qeyd edib.

O, Ukraynanın sülhə nail olmağa yönəlmiş səyləri dəstəklədiyini vurğulayıb.

“Ukrayna həmişə konstruktiv olaraq ləyaqətli sülhə nail olmağa yönəlmiş səyləri dəstəkləyir. Müharibənin davam etməsinin yeganə səbəbi Rusiyanın onu dayandırmaq istəməməsidir”, – Zelenski əlavə edib.

Seçilən
27
heftelik.az

1Mənbələr