AZ

Ramos doğma klubunu alır?

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ramos doğma klubunu alır?

İspaniya futbolunun əfsanəsi Serxio Ramos doğma klubu "Sevilya"nı almağa hazırlaşır.

QOL.az "Derbyderbyderby.it" saytına istinadən xəbər verir ki, martın sonunda 40 yaşını qeyd edəcək ulduz futbolçu özünə bu yubiley hədiyyəsini etmək niyyətindədir.

Məlumata görə, hazırda KPMG fondu klubun maliyyə vəziyyətini yoxlamaq üçün ilkin audit aparır. Klubun texniki defolt elan etmə ehtimalının olduğu da bildirilir.

Mütəxəssislərin fikrincə, qərar mövsümün sonuna qədər, böyük ehtimalla aprelin ortalarına kimi veriləcək. Əgər Ramos fikrindən daşınarsa, klubun vəziyyəti daha da qəlizləşə bilər.

Qeyd edək ki, "Sevilya" hazırda La Liqada turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
qol.az

2Mənbələr