Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo növbəti qolunu vurub.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı hücumçu Pro Liqanın 22-ci turu çərçivəsində keçirilən "Əl-Fateh"lə matçın 18-ci dəqiqəsində fərqlənib.
Beləcə ulduz futbolçu 962-ci karyera qolunu reallaşdırıb.
Qeyd edək ki, Ronaldo komandasının son 3 oyununda meydana çıxmayıb. Futbolçu bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz əlaməti olaraq atıb.