AZ

"Navalnının zəhərlənməsi" iddiaları Qərbin növbəti saxtakarlığıdır - Zaxarova



Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, “terrorçu və ekstremist” Aleksey Navalnıya qarşı qurbağa zəhərindən istifadə iddiaları Qərbin öz problemlərindən diqqəti yayındırmaq cəhdidir.

TASS-ın məlumatına görə, Mariya Zaxarova deyib ki, test nəticələri, maddələrin formulları mövcud olduqda məsələyə şərh veriləcək. Bu olmadan bütün söhbətlər və bəyanatlar Qərbin aktual problemlərindən diqqəti yayındırmağa yönəlmiş saxtakarlığıdır və adətən Qərb diqqəti öz həll olunmamış problemlərindən yayındırmaq üçün bu cür informasiya kampaniyalarına əl atır.

Onun sözlərinə görə, hər dəfə "Şimal Axını" hadisələri ilə bağlı istintaqın nəticələri tələb edildikdə, Qərb ölkələri heç bir əsaslı məlumat vermədən Navalnı və ya Skripal məsələsini ortaya atırlar.

SAMİRƏ

Seçilən
12
baki-xeber.com

1Mənbələr