AZ

Meloni Müxen Konfransında iştirakdan imtina edib görün hara getdi

İtaliyanın Baş naziri Giorgia Meloni Münxen Təhlükəsizlik Konfransında iştirak etmək əvəzinə Afrikaya səyahət etməyi seçib.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" qəzeti məlumat yayıb.

Mövcud məlumatlara görə, Meloninin Münxendəki tədbirdə iştirakdan imtina etməsi onun Avropa ilə ABŞ arasındakı mövcud fikir ayrılıqları məsələsində Almaniya kantsleri Fridrix Mers ilə razılaşmaması ilə bağlıdır. Nəşr vurğulayır ki, Meloni "Qərbin birliyini" qorumaq naminə, imkan düşdükcə bütün anlaşılmazlıqları aradan qaldırmağa çalışır.

"Avropa liderlərinin əksəriyyəti Ukrayna məsələsi və Aİ ilə ABŞ arasındakı mürəkkəb münasibətlərin müzakirəsinə diqqət yetirdiyi bir vaxtda, İtaliya hökumətinin başçısı Bavariyadakı görüş yerindən yeddi min kilometrdən çox uzağa yollanır", - deyə nəşr sitat gətirir.

Seçilən
27
publika.az

1Mənbələr