AZ

Navalnı qurbağa zəhəri ilə öldürülüb?

Yazını böyüt
Yazını kiçilt

Aleksey Navalnının Cənubi Amerika qurbağasının zəhəri ilə qətlə yetirildiyinə dair iddialar Qərb təbliğat kampaniyasıdır.

Hafta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, test nəticələri və maddələrin formulları hazır olduqdan sonra Rusiyanın cavabı barədə danışmaq mümkün olacaq.

Qeyd edək ki, 5 Avropa ölkəsi - Böyük Britaniya, Almaniya, Niderland, İsveç və Fransadan olan mütəxəssislər birgə tədqiqatdan sonra Rusiya müxalifət lideri Aleksey Navalnının ölümcül toksinlə zəhərləndiyi qənaətinə gəliblər.

Söhbət ölümcül qurbağa toksinindən gedir. Bildirilib ki, ultra-toksik zəhər Cənubi Amerikada mövcud olan zəhərli qurbağaların dərisindən götürülüb və Navalnının qalıqları üzərində aparılan araşdırmalarda bu zəhərin elementləri tapılıb.

“Epibatadin” adlı bu zəhərin nadir və həddən artıq güclü təsirə malikdir.

Hətta yüksək toksiklik səviyyəsinə görə tibbdə istifadə olunmur və mikrodozası belə ölümcül ola bilər.

Qeyd edək ki, Aleksey Navalnı 2024-cü il fevralın 16-da Rusiyada həbsdə olarkən qəflətən dünyasını dəyişib.

47 yaşlı müxalifətçi Rusiya hökuməti əleyhinə korrupsiya ittihamları irəli sürürdü./teleqraf/

Seçilən
11
7
hafta.az

10Mənbələr