AZ

Beş ölkənin bəyanatı: Navalnını hebsxanada qurbağa zəhəri ilə öldürüblər

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mərhum rusiyalı müxalif Aleksey Navalnı 2024-cü ildə həbsxanada epibatidindən zəhərlənmə nəticəsində ölüb.

Gununsesi.info-nun xəbər verir ki, bu barədə məlumat fevralın 14-də beş ölkənin – Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderlandın xarici işlər nazirliklərinin bəyanatında yer alıb.

Epabitidin Cənubi Amerikada ağacadırmanan qurbağanın dərisindən əldə edilir. Bu qurbağalara dünyanın ən zəhərli məxluqlarından sayılırlar.

Beş ölkənin bəyanatında deyilir ki, onlar Navalnının məhz bu zəhərlə öldürüldüyünə əmindirlər. Bəyanatda həmçinin Rusiya hakimiyyətinin müxalifətçini zəhərləmək üçün vasitələr, motivlər və imkanların olduğu qeyd edilir. Bundan başqa Navalnının 2020-ci ildə “Noviçok”la zəhərlənməsinə vurğu edilir.

Rusiya Navalnının təbii səbəblərdən öldüyünü deyir. Rəsmi Moskva zəhərlənməyə dair iddiaları rədd edir. Lakin Navalnının həyat yoldaşı və komandası Moskvanın açıqlamanı saxta adlandırırlar. Alekseyin həyat yoldaşı Yuliya baş verənlərdə birbaşa Rusiya Prezidenti Vladimir Putini ittiham edir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
icma.az

1Mənbələr