AZ

Avtomobillərdə kəsik sükan qadağan edilə bilər

Çinin Sənaye və Ticarət Nazirliyi nəqliyyat vasitələrinin tələblərini müəyyən edən yenilənmiş milli təhlükəsizlik standartının layihəsini dərc edib. Qəbul edilərsə, avtomobil istehsalçılarına qeyri-standart sükan formalarının quraşdırılmasını qadağan edə bilər.

Ölkə.Az "CarNewsChina"a istinadən xəbər verir ki, yenilənmiş qayda qəza halında sükan halqasındakı on spesifik nöqtədə zərbə yükünü ölçən sınaqların aparılmasını tələb edir. Üst halqası olmayan sükan çarxlarında bu nöqtələr yoxdur və bu da tələblərə riayət etməyi çətinləşdirir. Buna görə də, yeni standart qəbul edilərsə, "Formula 1" tipli sükan çarxlarının və kəsilmiş dizaynlı digər sükan çarxlarının quraşdırılması qadağan edilə bilər.

Standart həmçinin toqquşma zamanı sükan sütununun nə dərəcədə hərəkət edə biləcəyi və hava yastıqlarının necə açılacağı üçün daha sərt tələblər müəyyən edir. Yeni qaydaların 1 yanvar 2027-ci il tarixində qüvvəyə minməsi gözlənilir.

Mövcud standartlar 10 ildən çoxdur ki, istifadə olunur və Çin avtomobil sənayesinin sürətli inkişafı fonunda köhnəlmiş hesab olunur. Qəza statistikası göstərir ki, sürücü xəsarətlərinin 46%-i sükanla təmasdan qaynaqlanır. Ənənəvi dairəvi sükan çarxları, kəsilmiş formalı sükanlardan fərqli olaraq, sürücü irəli əyildikdə zərbəni daha geniş sahədə yumşaldır.

Seçilən
29
olke.az

1Mənbələr