Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Espanyol” La Liqanın 24-cü turunda “Selta Viqo” ilə 2:2 hesablı heç-heçə edib.
Hücumçu Ferran Jutqla 38-ci dəqiqədə qonaqları hesabda irəli çıxarıb. 67-ci dəqiqədə hücumçu Kike bərabərlik qolunu vurub, 86-cı dəqiqədə isə ev sahibi komanda Tayris Dolanın qolu sayəsində hesabda irəli çıxıb. Borxa İqlesias 90-cı dəqiqədə Viqo komandasına heç-heçə qazandırıb.
Bu oyundan sonra “Espanyol” (35) altıncı, “Selta” (34) isə yeddinci yerdədir.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.